...

Mübariz Əhmədoğlu: Roma papası Gümrünü Qərblə Rusiya arasında dini və siyasi mübarizənin məkanına çevirdi

Siyasət Materials 9 Oktyabr 2015 10:28 (UTC +04:00)
Roma papası Fransiskin “erməni soyqırımının” tanınması prosesinə stimul verməsinin səbəbi üzə çıxdı. Aprelin 12-də Vatikanda erməni soyqırımının 100 illiyinə həsr olunmuş liturgiyada Roma papası Fransisk erməni soyqırımının tanınmasına yeni stimul verməklə bu prosesdə dönüş yarada bildi. Türkiyə ilə münasibətləri istiləşdirməyə çalışan Roma papasının bu mövqeyi gözlənilməz idi.
Mübariz Əhmədoğlu: Roma papası Gümrünü Qərblə Rusiya arasında dini və siyasi mübarizənin məkanına çevirdi

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Roma papası Fransiskin "erməni soyqırımının" tanınması prosesinə stimul verməsinin səbəbi üzə çıxdı. Aprelin 12-də Vatikanda erməni soyqırımının 100 illiyinə həsr olunmuş liturgiyada Roma papası Fransisk erməni soyqırımının tanınmasına yeni stimul verməklə bu prosesdə dönüş yarada bildi. Türkiyə ilə münasibətləri istiləşdirməyə çalışan Roma papasının bu mövqeyi gözlənilməz idi.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, sentyabrın 24-də Ermənistanın Gümrü şəhərində "Müqəddəs əzabkeşlər" kilsəsinin açılış mərasimi keçirildi: "Bu kilsə katolik kilsədir. Kilsənin açılışında iştirak etmək üçün erməni katolik kilsəsinin başçısı Qriqor Petros XX, Roma papasının Şərq kilsələri üzrə konqreqasiyasının prefekti, kardinal Leonardo Sandri və Roma papasının region üzrə nümayəndəsi Marek Solçinskiy Ermənistana gəlmişdilər. Açılış mərasimində bunlarla yanaşı, prezident S.Sərkisyan da iştirak etdi. Eləcə də, Ermənistanda olan katolik ermənilər də bu tədbirə qatılmışdılar. Gümrüdəki bu kilsə Ermənistan, Gürcüstan, Rusiya və Şərqi Avropada ən böyük və baş katolik məbədi olacaq. Bütün dünya ermənilərinin Katolikos-patriarxı II Qaregin erməni katolik kilsəsinin başçısı XX Qriqor Petrosu öz igamətgahında qəbul etsə də, Gümrüdəki katolik kilsəsinin açılışında iştirak etmədi, müraciət ünvanladı".

M.Əhmədoğlu qeyd edib ki, Ermənistan prezidenti S.Sərkisyan Roma papası Fransiskin şəxsi nümayəndəsi, Şərq kilsələri üzrə konqreqasiyanın prefekti L.Sandrini "Dostluq" ordeni ilə, L.Sandri isə prezident S.Sərkisyanı Papa Fransiskin qızıl medalı ilə mükafatlandırdı: "Gümrü şəhərində "Müqəddəs əzabkeşlər" kilsəsinin açılmasında diqqət çəkən bir neçə məsələ var. Birincisi, ermənilər işin mahiyyətini gizlətməkdən ötrü guya "müqəddəs əzabkeşlər" terminini erməni soyqırım qurbanlarına aid olduğunu bildirirlər. İkincisi, bununla da ermənilər vaxtilə Osmanlı imperiyasının təbəəsi kimi Şərqi Avropada uçurduqları katolik kilsələrinin bir qisminin əvəzini ödədilər. Üçüncüsü, Gümrünün rus şəhəri hesab edilməsi ilə bağlıdır. Gümrüdə Rusiyanın 102-ci hərbi bazası yerləşir. Bir az öncə Gümrüdəki rus hərbçiləri üçün pravoslav kilsə istifadəyə verilmişdi. İndi Gümrü Qərblə Rusiya arasında dini və siyasi mübarizənin məkanına çevrilir".

Mərkəz rəhbəri sonra vurğulayıb ki, Gümrü əhalisi ciddi yoxsulluq içərisindədir: "Katolik kilsə özünə xas metodologiya ilə yaxın bir neçə ildə oradakı sosial-iqtisadi problemləri həll edəcək. Beləliklə, əhali katolik kilsəsini dəstəkləyəcək. Bu isə mübarizəni Rusiyanın ziyanına daha da intensivləşdirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti