Bakı. Trend:
Avqustun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə Trend-ə XİN-dən bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub.