...

Azərbaycanda 40 nəfər COVID-19-dan sağalıb, 69 nəfər yoluxub

Cəmiyyət Materials 12 İyul 2021 20:20 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 802 nəfər müalicə olunaraq sağalıb, 4 987 nəfər vəfat edib, aktiv xəstə sayı 1 534 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 271, ötən müddət ərzində isə ümumilikdə 3 858 551 test aparılıb.

Xəbər lenti

Xəbər lenti