...

Argentina baş məşqçisiz qalıb

İdman Materials 29 İyun 2024 14:36 (UTC +04:00)

Bakı. Trend:

Argentina millisinin baş məşqçisi Lionel Skaloni cəzalandırılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, mütəxəssis Amerika kubokunun III turunu buraxmalı olacaq.

Skaloni Çili ilə II turun görüşü zamanı ikinci hissəyə gecikdiyi üçün bir matçlıq diskvalifikasiya edilib. Bu üzdən baş məşqçi Peru ilə qarşılaşmanı buraxacaq.

Skaloni 15 min dollar cərimə də ödəməlidir. Çilinin baş məşqçisi Rikardo Qareka da həmin matçda fasilədən gec qayıdıb. O, rəqib məşqçi ilə eyni cəza alıb.

Qeyd edək ki, Argentina Çiliyə 1:0 hesabı ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti