Bakı. Trend:
Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarları sabah hazırda qüvvədə olan qrafik üzrə hərəkət edəcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmirlə əlaqədar olaraq 31 may, 01,02 iyun tarixlərində (üç gün) Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkəti dayandırılır.
Qeyd edək ki, iyun ayının 3-dən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Qatarlarda gediş plastik kartla və biletlə təşkil olunacaq.
Yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək.