Gürcüstan, Tbilisi, 16 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanın dövlət büdcəsinin defisiti 2013-cü ilədək 2%-dən artıq olmayacaq, Gürcüstanın maliyyə naziri Kaxa Bainduraşvili parlamentin maliyyə və büdcə komitəsinin bugünkü iclasında deyib.
Bainduraşvili qeyd edib ki, hakimiyyət və dövlət məmurları böhran zamanı "kəmərləri sıxmalıdırlar". Nazirin hesablamalarına görə, risklərə baxmayaraq, hökumət ümid edir ki, Gürcüstan iqtisadiyyatı inkişaf etməkdə davam edəcək.
"Biz bu ilin dördüncü rübündə resesiyadan çıxacağıq və 2010-cu ildə irəli atılan addımları davam etdirəcəyik", - Bainduraşvili deyib.