Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları bloku üzrə fəaliyyətlərə təqribən 1 370 mln. ABŞ dolları xərclənib.
Bu barədə Trend BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Cari ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 402 milyon dollar əməliyyat məsrəfləri və 968 milyon dollar əsaslı məsrəflər xərclənib.
AÇG-də iştirak payları isə aşağıdakı kimdir:
bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)
Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.