...

Zaqatalada baş verən yol qəzası zamanı xəsarət alanların vəziyyəti AÇIQLANDI

Cəmiyyət Materials 4 Noyabr 2024 21:10 (UTC +04:00)
Zaqatalada baş verən yol qəzası zamanı xəsarət alanların vəziyyəti AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Zaqatalada baş verən yol qəzası zamanı xəsarət alanların vəziyyəti məlum olub.

Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 04.11.2024-cü il tarixində saat 12.30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3-ü qadın cinsli, 2-si kişi cinsli olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1992-ci il təvəllüdlü şəxsin (qadın cinsli) müalicəsi Cərrahiyə şöbəsində davam etdirilir. Digər xəsarət alanlara isə tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar",- qurumdan əlavə edilib.

Xəbər lenti

Xəbər lenti