Bakı. Trend:
2024-cü ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 24 milyard 949,1 milyon manat olub.
Bu barədə Trend-ə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 14 milyard 219,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,4 faiz artaraq 10 milyard 729,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.