Bakı. Trend:
Təkcə son 10 gündə Qaradağ rayonunda yerləşən elektron tərəzi məntəqsində hər iki istiqamət üzrə 75 min yük nəqliyyat vasitəsinin keçidi qeydə alınıb.
Trend-in məlumatına görə, bunu Qaradağ rayonunda elektron tərəzilərin quraşdırıldığı məntəqəyə təşkil olunan mediatur zamanı deyib.
O bildirib ki, həmin nəqliyyat vasitələrindən qayda pozuntusuna yol verənlər barəsində məlumatlar real vaxtda Baş Dövlət Yol Polisi İdarəsinə ötürülüb:
"Bütün tərəzilər Azərbaycan Metrologiya İnstitutu tərəfindən metroloji yoxlamadan keçirilir. Hər bir tərəzi müvafiq şəhadətnamə ilə təmin olunur".
"Ümumilikdə, layihədə respublika üzrə 31 yerdə 51 tərəzinin quraşdırılması nəzərdə tutulub. Layihənin 2026-cı ildə yekunlaşdırılması planlaşdırılıb", - deyə S. Əbilov qeyd edib.