...

Maya Sandu Moldovada prezident seçkilərində qalib gəlib

Dünya xəbərləri Materials 4 Noyabr 2024 17:09 (UTC +04:00)
Maya Sandu Moldovada prezident seçkilərində qalib gəlib
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Moldovanın hazırkı prezidenti Maya Sandu Moldovada prezident seçkilərinin ikinci turunda səslərin 99,86 faizinin (930 512) hesablanmasından sonra 55,41 faiz səs toplayıb.

Trend xəbər verir ki, bu barədə Moldovanın Mərkəzi Seçki Komissiyası (MSK) səslərin 100 faizinin hesablanmasından sonra məlumat verib.

Bu, onun prezident postunda yeni mandatını təmin edə bilər.

"Moldova, bu gün qələbə qazandınız. Birlikdə birliyimizin, demokratiyamızın və layiqli gələcəyə sadiqliyimizin gücünü nümayiş etdirdik", - Maya Sandu “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, onun rəqibi Aleksandr Stoyanoqlo 44,59 faiz səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti