Bakı. Trend:
Boliviyanın keçmiş prezidenti Evo Moralesin tərəfdarları ilə baş verən toqquşmalarda 90-dan çox polis əməkdaşı xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karlos del Kastilyo bildirib.
Morales tərəfdarları artıq 20 gündən çoxdur ki, ölkənin müxtəlif yollarını bağlayıblar.
"Təəssüf ki, 21 gün ərzində 92 polis əməkdaşı xəsarət alıb. Son əməliyyat zamanı isə 44 polis əməkdaşı yaralanıb və ya müxtəlif dərəcəli xəsarətlər alıb," – o, Bolivia TV kanalının efirində bildirib.
Nazirin sözlərinə görə, etirazları işıqlandıran 35 jurnalist də hücumlara məruz qalıb.
Daxili işlər naziri qeyd edib ki, ümumilikdə asayişi təmin etmək üçün 11 mindən çox hüquq-mühafizə əməkdaşı cəlb olunub.
Qeyd edək ki, daha əvvəl Boliviyanın Xarici İşlər Nazirliyi silahlı bir qrup tərəfindəm 200-dən çox hərbi personalın girov götürülməsi barədə məlumat yaymışdı və dövlət başçısı Luis Arse isə silahlı qrupun keçmiş Dövlət başçısı Evo Moralesə bağlı olduğunu iddia etmişdi.