...

Bu dəfə də anti-Azərbaycan qüvvələrin bütün cəhdləri puç olacaq – Deputat

Siyasət Materials 4 Noyabr 2024 16:39 (UTC +04:00)
Bu dəfə də anti-Azərbaycan qüvvələrin bütün cəhdləri puç olacaq – Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hər zaman mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi zaman ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr fəallaşır və ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayırlar.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində də eyni proseslərin şahidi oluruq.

“Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb və indiyə qədər bir çox mötəbər tədbirlərə uğurla ev sahibliyi edib. Ölkəmiz hər zaman bu cür fəaliyyəti ilə qlobal müstəvidə dayanan problemlərin həlli ilə bağlı müzakirələrin aparılması və həll yollarının tapılmasına mühüm töhfələr verib. COP29 Azərbaycanın beynəlxalq müstəvidə daha bir mühüm töhfəsi olacaq.

Əfsuslar olsun ki, müxtəlif dairələrin, o cümlədən erməni lobbisinin əlində alətə çevrilən bəzi beynəlxalq təşkilatlar da bu kampaniyaya qoşulur. Bu günlərə Avropa Parlamentində aparılan müzakirələr zamanı ölkəmizə qarşı səsləndirilən qərəzli fikirlər də bu qəbildən olan çirkin kampaniyanın tərkib hissəsidir. Bu cür münasibət Avropa Parlamentinin öz fəaliyyət çərçivəsindən kənara çıxdığını, müxtəlif dairələrin əlində bir alətə çevrildiyini göstərir”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, bu cür kampaniyalar hər zaman iflasa uğrayıb. “Ölkəmizə qarayaxma kampaniyalarının aparılmasına baxmayaraq Azərbaycan bütün tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Əminəm ki, bu dəfə də anti-Azərbaycan qüvvələrin bütün cəhdləri puç olacaq və COP29 ölkəmizdə yüksək səviyyədə baş tutacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti