Bakı. Trend:
Yaponoyanın Miyaqi prefekturasında oktyabrın 29-da yenidən işə salınan Onaqava Atom Elektrik Stansiyasının ikinci enerji blokunu yoxlama üçün dayandırdığını bildirib.
Trend-in məlumatına görə, bu barədə Yaponiyanın "Tohoku Electric Power" operator şirkəti bildirib.
Məlumata əsasən, noyabrın 3-də stansiyada elektrik enerjisinin istehsalına başlanılması nəzərdə tutulsa da, avadanlıqlarda problem yarandığından prosesə start verilməyib. Nəticədə stansiyanın operator şirkəti reaktoru bağlamaq qərarına gəlib.
Stansiya mütəxəssisləri tezliklə yoxlamaya başlayacaqlar. Onaqava atom elektrik stansiyasındakı ikinci reaktorun nə vaxt yenidən işə salınacağı barədə hələlik heç bir məlumat verilməyib.
kinci Onaqava reaktoru, fövqəladə vəziyyətdə olan "Fukusima-1" atom elektrik stansiyasının enerji blokları kimi, qaynar su tiplidir. Yaponiyada 2011-ci ildən bəri ilk dəfədir ki, bu tip reaktor yenidən işə salınır.