Bakı. Trend:
Hindistanın şimalında, Uttarakxand əyalətində avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 36-ya yüksəlib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, avtobus Marçula şəhərinin yaxınlığında dərəyə düşüb.
Məlumata görə, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Azı 5 nəfər itkin düşdüb.
Daha əvvəl qəza nəticəsində 23 nəfərin öldüyü və 10 nəfərin yaralandığı bildirmişdi.
Qeyd edək ki, 45 oturacaqlı avtobusun sürücüsü dağ yolunun çətin hissəsində idarəni itirib və avtomobil təxminən 200 metr hündürlükdən dərəyə düşüb.