...

Türkiyə PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib

Dünya xəbərləri Materials 4 Noyabr 2024 15:30 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlarda 9 terrorçu zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İraqın şimalında həyata keçirilən Qəndil və “Pəncə-Kilid” əməliyyat bölgəsində aşkarlanan 8 PKK terrorçusu, eləcə də Suriyanın şimalında yerləşən “Fırat Qalxanı” əməliyyat zonasındakı 1 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti