...

Ölkə ərazisindəki əksər çaylarda sululuq artıb

Cəmiyyət Materials 4 Noyabr 2024 15:47 (UTC +04:00)
Ölkə ərazisindəki əksər çaylarda sululuq artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin 4 noyabr saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinə yağan intensiv yağıntılarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb.

Bunu Trend-ə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsində 67, Təngərüdçayda 50, Viləşçayda 17, Şərətükçayda 4, Böyük Qafqazın ərazisindən axan Əyriçayda 21, Qarasuçayda 4, Qudiyalçayda 1, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda 4, Gəncəçayda 3, Əsrikçayda 1, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan Oxçuçayda 9, Bəsitçayda 6, Quruçayda və Tutqunçayda 4, Tərtərçayda 3, Bərgüşadçayda 2, Həkəriçayda isə 1 sm artm qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti