Bakı. Trend:
Noyabrın 5-də keçiriləcək prezident seçkiləri zamanı iğtişaşlar riski ilə əlaqədar ABŞ-nin bir sıra ştatlarında Milli Qvardiya yüksək hazırlıq vəziyyətinə gətirilib.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya şirkəti xəbər verib.
Məlumata əsasən, Vaşinqton və Oreqon ştatlarında seçki qutuları yandırılıb, nəticədə yüzlərlə bülleten zədələnib. Bu ştatların qubernatorları bildiriblər ki, Milli Qvardiya seçicilərin təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarına dəstək verəcək.
Vaşinqton qubernatoru Cey İnsli deyib ki, seçki təhlükəsizliyi təhdidləri yüksək olaraq qalır və hakimiyyət mümkün iğtişaşlara hazırdır. Qubernator Tina Kotekin təhlükəsiz səsvermənin vacibliyini vurğuladığı və dinc etirazlara çağırdığı Oreqonda da oxşar tədbirlər görülüb.