...

Türkiyənin mebel ixracı cüzi azalıb

Dünya xəbərləri Materials 4 Noyabr 2024 14:58 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azalaraq, 6 milyon 517 min 460 dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə 690 min 992 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 2,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 7 milyon 878 min 817 dollar məbləğində mebel ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti