Bakı. Trend:
Hindistanın Uttar Pradeş əyalətində Hindistan Hava Qüvvələrinə məxsus rus istehsalı olan MiQ-29 döyüş təyyarəsi gündəlik təlim uçuşu zamanı qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə Hindistan Hava Qüvvələrinin yazılı açıqlamasında bildirilib.
Açıqlamada bildirilir ki, təyyarə sistem nasazlığı səbəbindən boş bir əraziyə düşüb və alovlanıb.
Qeyd edilib ki, pilot paraşütlə təhlükəsiz bir yerə tullanıb. Hadisə nəticəsində itki və xəsarət alan olmayıb.
Qəzanın səbəblərinin müəyyən edilməsi üçün Hindistan Hava Qüvvələri tərəfindən araşdırma işləri başlanılıb.