Bakı. Trend:
41-ci İstanbul Beynəlxalq kitab sərgisi çərçivəsində Türk
Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Səninləyik, Türkiyə"
kitabının təqdimatı keçirilib.
Trend
TurkicWorld-ə istinadən məlumat verir ki, 41-ci
İstanbul Beynəlxalq Kitab Sərgisində Türk Mədəniyyəti və İrsi
Fondunun nəşr etdiyi 2023-ci ilin 6 fevralında Türkiyədə baş verən
zəlzələ qurbanlarına həsr olunan şeirlərdən və fotolardan ibarət
“Səninləyik Türkiyə” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı
Raimkulovanın sərgi iştirakçılarına, o cümlədən tədbirə qatılanlara
ünvandadığı məktubun oxunması ilə açılıb. Məktubda Fondun
fəaliyyətindən, təsis etdiyi yeni kitab seriyalarından bəhs edən
professor Aktotı Raimkulova təqdimatı keçirilən "Səninləyik,
Türkiyə" adlı kitab haqqında ətraflı məlumat verib:"Kitabda Türk
dünyasının görkəmli şairlərinin 6 fevral 2023-cü ildə Türkiyədə baş
vermiş zəlzələ ilə bağlı şeirləri toplanıb.
Şeirləri bu kitaba daxil olan şairlərə təşəkkür etmək və Uca
Yaradanın bir daha Türk dünyasına bu cür faciələrə səbəb olmamasını
arzulayıram. Biz də öz növbəmizdə Türk Mədəniyyəti və İrsi Fondu
olaraq bir daha həmin sloqana uyğun olaraq bəyan edirik:
“Səniləyik, Türk dünyası”.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq
Əlaqələr üzrə katibi, təqdim olunan kitabın tərtibçi və
tərcüməçisiSəlim Babulloğlu çıxış edərək bildirib ki: “Biz bu nəşr
layihəsini bir neçə ay ərzində icra etdik və zəlzələ qurbanlarına
aid şeirləri və fotoları topladıq. Bu antologiyada Azərbaycan,
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr
Cümhuriyyətindən olan şairlər, o cümlədən başqırd, çuvaş, uyğur,
tatar, qaqauz şairlərin, bir sözlə böyük türk dünyasını əhatə və
təmsil edən söz sənətkarlarının zəlzələ qurbanlarına həsr etdikləri
poetik əsərləri kitabda yer alıb”.
Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri
Hacıyev təqdim olunan kitab haqqında, ümumən layihənin əhəmiyyəti
xüsusunda geniş məruzə ilə çıxış edərək ərsəyə gətirilən işin
tarixi və mənəvi önəmindən bəhs edib.
Ən uzaq və yaxın tarixdə baş verən oxşar hadisələr barədə
düşüncələrin paylaşan “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər
Turan Əli Bəy Hüseynzadənin 1939-cu ildə Ərzincandabaş verən
zəlzələ haqqında yazdığı “Zəlzələ dolayısı” ilə şeirihaqqında
danışaraq və Azərbaycanlı fikir adamların heç zaman Türkiyənin
dərdlərinə biganə qalmadığını, daim qardaş xalqın kədərini öz
kədəri, sevincini milli sevinci kimi yaşadığını dilə gətirib.
Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin Gənclər
Şurasının sədri Fərid Hüseyn həmin dəhşətli zəlzələ barədə kitabda
yer alan şeirləri təhlil edərək zəlzələnin məşhur qəhrəmanlarına
çevrilmiş bir sıra konkret şəxslərə ünvanlanan poetik əsərlər
barədə fikir yürüdüb. Həmçinin F.Hüseyn zəlzələdə atası həlak olmuş
12 yaşlı Cəmilə adlı qızcığaza həsr etdiyi “Dünyanın ən uzun otuz
saatı” adlı şeirinin yaranma tarixcəsindən də söz açıb.
Çıxış üçün növbəti söz tanınmış şair, alim Qismət Rüstəmova
verilib. Q.Rüstəmov “Ədəbiyyat və faciə” adlı məruzəsi tədbir
iştirakçılarının geniş marağına səbəb olub.
Qeyd edək ki, tədbirdə tanınmış qirəətçilər Hüseynağa Aslanov və
Jalə Novruzun ifasında kitabda yer alan bir sıra şeirlər
səsləndirilib.
Tədbirin sonunda Türk Mədəniyyəti və İrsi Fondu adından türkiyəli
oxuculara “Səninləyik Türkiyə”kitabları hədiyyə olunub.