...

Qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə töhfə verməkdə mühüm rola malikdir - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 4 Noyabr 2024 11:34 (UTC +04:00)
Qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə töhfə verməkdə mühüm rola malikdir - Səhiyyə Nazirliyi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva Nazirliyin rəsmi saytına müsahibə verib.

Trend həmin müsahibəni təqdim edir:

- Bildiyiniz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Günay xanım, tədbirin ölkəmiz və səhiyyəmiz üçün əhəmiyyəti haqqında məlumat verərdiniz…

- İlk öncə qeyd etmək istəyirəm ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə imzalanmış sazişdir.

COP (Conference of Parties, Tərəflərin Konfransı) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 var. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir.

Bu il COP29-un Bakıda keçirilməsi ölkəmiz üçün mühüm hadisədir və yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə cavab və sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməkdə mühüm rola malikdir. Ölkələrin səhiyyə sistemlərinin iqlim dəyişikliyinə uyğunlaşma imkanlarının asanlaşdırılmasına ehtiyac var. İqlim dəyişməsinin təsirlərini yumşaltmaq məqsədilə innovasiyalardan, o cümlədən qabaqcıl modelləşdirmə, simulyasiya və süni intellektdən istifadə məqsədəuyğundur. Bunu nəzərə alaraq, qlobal səhiyyə COP çərçivəsində hökümətlər üçün prioritet və əsas göstərici rolunu oynamalıdır.

- İqlim dəyişkənliyinin ağciyər xəstəliklərinə nə kimi təsiri var?

- İqlim dəyişiklyi qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsinə, ekstremal hava hadisələrinə, bioloji müxtəlifliyin azalmasına, qida təhlükəsizliyinin pozulmasına, su ehtiyatlarının azalmasına, köç və məcburi yer dəyişməyə səbəb olur. Bu dəyişiklik dünyamıza, atmosferə, həm də bütün canlılara təsir edir. Lakin iqlim dəyişikliyi bütün dünyada bərabər şəkildə deyildir, hər bir orqanizmdə eyni dərəcədə təsiri olmur.

Havanın temperaturunun yüksəlməsi xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Hətta zaman-zaman bəzi epidemiyalar iqlim dəyişikliyi ilə əlaqələndirilib. Məsələn, 1977-ci ildə Kaliforniyada küləklə yayılan koksidioidomikoz, 1999-2000-ci illərdə Panamada hantavirus, 2010-2012-ci illərdə Türkiyədə tulyaremiya, 2011-ci ildə Yaponiyada sunamidən sağ qalanlarda müşahidə edilən aspergilloz epidemiyası.

İqlim dəyişikliyinin ağciyər sağlamlığı üzərindəki təsiri partikullar və ozonla əlaqəlidir. Bir çox tədqiqatlar ozonun təngnəfəslik, xırıltı və öskürək, aşağı tənəffüs yollarının infeksiyaları, ağciyər funksiyasında kəskin və keçici azalmalar, tənəffüs yollarının həssaslığının artması, zədələnməsi və iltihabı, sistem oksidləşdirici stres kimi tənəffüs simptomlarına təsirini göstərib. Beləliklə də, bronxial astma və ağciyərlərin xroniki obstruktiv xəstəliyinin simptomları müşahidə olunur.

- Allergik xəstələrə bu dəyişiklik hansı təsirləri göstərir?

- İqlim dəyişiklikləri ilə birlikdə allergenlərin sıxlığı, növləri və quruluşu da dəyişir. Tədqiqqatlar polenlərin də temperaturun yüksəlməsi və CO2 səviyyəsinin artımı ilə pararlel artdığını göstərir. Bundan əlavə, qum firtınası və fırtınalar vasitəsi ilə polenlər uzun məsafələrə daşınır. Bununla da polen zamanı və müddəti dəyişir və bu dəyişim allergik xəstəliklər alovlanmalarına təsir edir. Eyni zamanda, yağışlar da polenləri kiçik hissələrə ayırır göz, burun və nəfəslə orqanizmə düşməsini və daha dərin toxumalara çatmasıallergik reaksiyalara səbəb olur. Bu gün polin mövsümü 20 gün öncə başlayır və daha uzun müddət davam edir.

İqlim dəyişikliyi göbələk sporlarının yayılmasınada təsir edir ki, göbələk xüsusən kif göbələyi eozinofiliya, allergik xəstəlikləri artırır.

Bu dəyişikliklərlə bərabər, atmosfer çirklənməsi də allergik xəstəliklərə səbəb ola bilər. Astma, Allergik rinit, atopik dermatit, qida allergiyası, hətta anafilaksiyalar daha çox rastlaşdığımız allergik xəstəliklərdir.

- Müxtəlif hava şəraiti ağciyər xəstəliklərinin müalicəsinə necə təsir edir?

- Hava şəraiti, xüsusilə də tozlu hava şəraitinin üstünlük təşkil etdiyi vaxtlarda ağciyərlərin xroniki xəstəliklərinin kəskinləşmələri və bu səbəbdən həkimə müraciətlər artır. Xüsusən bronxial astma və ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkən xəstələr üçün kəskinləşmələr həyati risk daşıyır.

İqlim dəyişkənliyi infeksion xəstəliklərin yayılmasına təsir edə bilər. Xüsusən temperaturun yüksəlməsi, anomal yağıntılar, küləkli hava şəraiti infeksion agentlərin yayılmasına səbəb olur.

Xəbər lenti

Xəbər lenti