Bakı. Trend:
İsveçdəki kommunaların, yəni yerli özünüidarəetmə orqanlarının təxminən dörddə biri (290 kommunadan 75-i) sağçı hökumətin miqrantların könüllü repatriasiyası üzrə əməkdaşlıq təklifini rədd edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Kommunal rəhbərləri hökumətin əlaqələndiricisi Tereza Zetterbladd ilə görüşməkdən imtina ediblər. Onun vəzifəsi “repatriasiya üçün ayrılan qrantın əhəmiyyətli dərəcədə artırılması barədə bələdiyyələri məlumatlandırmaq” və daha çox insanı bu qrant üçün müraciət etməyə təşviq etməkdir.
Əməkdaşlıqdan imtina edən kommunalar arasında Stokholm, Göteborq, Malmö, Yokmokk və Vekşö də var. Bu kommunaların əksəriyyəti müxalif sosial-demokrat partiyasının idarəsindədir.
