Bakı. Trend:
Nepalda Panbari zirvəsinə qalxan zaman İtaliyadan olan iki alpinist Alessandro Kaputo və Stefano Farronato həlak olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya XİN məlumat yayıb.
Məlumata görə, alpinistlərlə əlaqə oktyabrın 31-də kəsilib. Noyabrın 4-də isə onların həlak olması ilə bağlı məlumat daxil olub. İtkin düşmüş digər qrup üzvlərinin axtarışı davam etdirilir.
Qrupun təqribən beş min metr yüksəklikdə olarkən güclü qar çovğununa düşdüyü bildirilir.
Qeyd edək ki, Panbari zirvəsinin hündürlüyü 6887 metr təşkil edir.
