...

PSJ-nin futbolçusu Avropada ilin ən yaxşısı seçildi

İdman Materials 4 Noyabr 2025 23:44 (UTC +04:00)
PSJ-nin futbolçusu Avropada ilin ən yaxşısı seçildi

Bakı. Trend:

Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən "Golden Boy" mükafatının qalibi müəyyənləşib.

Trend xəbər verir ki, PSJ-də çıxış edən Dezire Due mükafatın qalibi olub. Bu barədə mükafatın təsisçisi olan "Tuttosport" nəşri məlumat yayıb.

Fransa millisinin üzvü olan 20 yaşlı vinger ötən mövsüm PSJ-nin heyətində bütünn turnirlərdə meydana çıxdığı 61 rəsmi matçda 16 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Due Paris təmsilçisi ilə Liqa 1 və Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, "Golden Boy" mükafatını ötən il "Barselona" və İspaniya millisinin üzvü Lamin Yamal qazanıb.

Xəbər lenti

Xəbər lenti