Bakı. Trend:
ABŞ-nin sabiq vitse-prezidenti ( Corc Buşun (kiçik) hakimiyyəti dövründə) Dik Çeyni ürək-damar xəstəlikləri və sətəlcəmdən (pnevmoniyadan) sonra baş verən fəsadlaşma nəticəsində vəfat edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsinin bəyanatında deyilir.
Qeyd olunur ki, siyasətçi həyatının böyük bir hissəsində ürək-damar xəstəliklərindən əziyyət çəkib, bir neçə dəfə infarkt keçirməsinə baxmayaraq dolğun və aktiv bir ömür sürüb.
Məlumata görə, 2012-ci ildə Çeyni ürək köçürmə əməliyyatı keçirib. O, 85 yaşında dünyasını dəyişib.
