...

Qazaxıstanda qızqaçırma ilə bağlı 15 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 4 Noyabr 2025 15:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan hüquq mühafizə orqanları nikaha məcbur etməyə görə Cinayət Məcəlləsinə ayrıca maddə əlavə edən yeni qanunun qüvvəyə minməsindən sonra 1,5 ay ərzində gəlin qaçırma hadisəsi ilə bağlı 15 nəfəri saxlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin media mərkəzi məlumat yayıb.

Nazirliyin məlumatına görə, yeni dəyişikliklərin qüvvəyə mindiyi vaxtdan bəri daxili işlər orqanlarının bölmələri Qaraqandı, Manqıstau, Cambıl, Türküstan vilayətlərində və Şimkent şəhərində nikaha məcburetmə faktı üzrə yeddi cinayət işi açıblar.

Bundan əlavə, polis küçələrdə qadınların qaçırılması hallarını əks etdirən müşahidə kameralarından əldə olunmuş videoları dərc edib. Qurum şahidlərə belə hallara laqeyd qalmamağı və dərhal polisə məlumat verməyi tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti