...

Qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı 4748 obyektdə monitorinq keçirilib

Gündəm Materials 4 Noyabr 2025 12:46 (UTC +04:00)
Qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı 4748 obyektdə monitorinq keçirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.

Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilir ki, tədbirlər çərçivəsində bu ilin əvvəlindən 3 noyabr tarixinədək olan dövr ərzində respublika üzrə 4748 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib.

Monitorinq zamanı 712 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 67-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb.

Bundan başqa, 1276 halda ətlərin soyuducuda saxlanılmadığı, 1297 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti