...

Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərindən istifadə dayandırılacaq

İqtisadiyyat Materials 4 Noyabr 2025 17:27 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərindən istifadə müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya resurslarında dayanıqlığın və keyfiyyətin artırılması məqsədilə 7 noyabr 2025-ci il saat 21:00-dan 11 noyabr 2025-ci il tarixinədək profilaktik işlərin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edilib ki, bu səbəbdən göstərilən xidmətlərin və məlumat mübadilələrinin istifadəsində fasilələrin yaranması mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti