...

Məktəbəqədər təhsilə ayrılacaq vəsait açıqlandı

Cəmiyyət Materials 4 Noyabr 2025 11:18 (UTC +04:00)
Məktəbəqədər təhsilə ayrılacaq vəsait açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı və s.) əsasında əhatəliliyin artırılması məqsədilə növbəti ildə 27,2 milyon manat vəsait nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, bu da cari illə müqayisədə 8,0 milyon manat və ya 41,7 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti