...

TDT regional dialoq üçün getdikcə daha mühüm platformaya çevrilir - Baş katibin müavini

Cəmiyyət Materials 4 Noyabr 2025 12:16 (UTC +04:00)
TDT regional dialoq üçün getdikcə daha mühüm platformaya çevrilir - Baş katibin müavini
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının 12-ci Zirvə toplantısında qəbul olunan qərarlar Təşkilatın regional siyasi və strateji dialoq üçün getdikcə daha mühüm platformaya çevrildiyini bir daha təsdiqlədi.

Trend xəbər verir ki, bunu bu gün TDT baş katibinin müavini Ömer Kocaman TDT Ağsaqqallar Şurasının Bakıda keçirilən 18-ci iclasında bildirib.

“Əgər ilk illərdə Təşkilat əsasən iqtisadiyyat, təhsil və mədəniyyət məsələləri ilə məşğul idisə, indi o, siyasət və təhlükəsizlik sahəsində də fəal şəkildə fəaliyyət göstərən strateji bir platformaya çevrilib,” - deyə Kocaman qeyd edib.

Onun sözlərinə görə, Qəbələ Bəyannaməsi türk ölkələrinin yeni beynəlxalq təhlükəsizlik arxitekturasına uyğunlaşaraq həmrəylik ruhunda hərəkət etmək əzmini vurğulayır.

“Bəyannamədə, həmçinin, Türk dövlətlərinin müdafiə sənayesi, terrorizm, ekstremizm, kibertəhdidlər və transmilli risklərlə mübarizəni əhatə edən kompleks təhlükəsizlik sisteminin formalaşdırılması təşəbbüsü də əksini tapıb. Liderlər, həmçinin, Əfqanıstan, Qəzza, Suriya və Ukrayna məsələlərinə toxunaraq, regional məsuliyyətin və Türk dövlətlərinin sülhməramlı proseslərdə iştirakının vacibliyini vurğulayıblar”, - deyə Kocaman əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti