...

Gürcüstanın Avropa İttifaqına qəbul prosesi faktiki olaraq dayandırılıb - Avropa Komissiyası

Dünya xəbərləri Materials 4 Noyabr 2025 17:38 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Avropa İttifaqına (Aİ) qəbul prosesi 2024-cü ildən faktiki olaraq dayandırılıb, ölkə yalnız nominal olaraq İttifaqa qəbul üçün namizəd sayılır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin genişlənməyə dair illik hesabatında qeyd olunub.

“Sənəddə bildirilir ki, Avropa Komissiyası Gürcüstanın Aİ-yə qəbul prosesinin 2024-cü ildən etibarən faktiki olaraq dayandığı qənaətinə gəlib. 2024-cü ilin dekabrında Avropa Şurasının qərarına və Gürcüstandakı geriləməyə görə, Avropa Komissiyası Gürcüstanı yalnız nominal namizəd ölkə hesab edir”, – deyə sənəddə vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti