...

Doqquz ay ərzində Azərbaycandan Qazaxıstana ixrac olunan qeyri-neft məhsullarının həcmi açıqlandı

İqtisadiyyat Materials 4 Noyabr 2025 14:14 (UTC +04:00)
Doqquz ay ərzində Azərbaycandan Qazaxıstana ixrac olunan qeyri-neft məhsullarının həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Qazaxıstana 70,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Trend Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 milyon ABŞ dolları və ya 21 faiz azdır.

Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Qazaxıstana 88,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunmuşdu.

Qeyri-neft məhsullarının ixrac həcmində Rusiya (33,2%), Türkiyə (16,5%), İsveçrə(9,4%), Gürcüstan(9,2%), Ukrayna (5,6 %), BƏƏ (3%), Qazaxıstan (2,7%), Belarus (2,1%), Özbəkistan (2 %), Türkmənistan (1,9%) və başqa ölkələrə (14,6%) tədarüklər üstünlük təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları arasında Azərbaycan bu və digər ölkələrə 2,649 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.

Məlumatlara görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 184 milyon dollar və ya 7,5% dəyərində artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti