Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsində bəzi xərclərin qarşılanması üçün AZAL-a ayrılacaq vəsaitin miqdarı məlum olub.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsi, Füzuli, Laçın Beynəlxalq Hava limanlarına təşkil ediləcək reyslərə görə yaranacaq zərərin subsidiyalaşdırılması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) 5 900 000 manat vəsait proqnozlaşdırılır.
                            