...

Gələn il dövlət borcuna xidmət xərcləri 2 milyard manatı ötəcək

İqtisadiyyat Materials 4 Noyabr 2025 11:10 (UTC +04:00)
Gələn il dövlət borcuna xidmət xərcləri 2 milyard manatı ötəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət borcuna xidmət xərclərinin növbəti ildə 2,458 milyard manat olacağı, faiz ödənişlərinin isə 1,381 milyard manat olmaqla bu xərclərin 56,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

“Daxili borcun yenidən maliyyələşdirilməsi faiz xərclərinə təsir göstərə bilər. Xarici borcun valyuta strukturunun yüksək dərəcədə dollar asılılığı (hazırda 85,2%) və ümumi borcun təqribən yarısının dəyişkən faizli olması şəraitində valyutaya tələbin artması və qlobal maliyyə bazarlarında faiz dərəcələrinin artması xarici borca xidmət xərclərinə artırıcı təsir göstərə bilər”, - məlumatda vurğulanıb.

Eyni zamanda bildirilib ki, daxili bazarda yerləşdirilmiş 7,942 milyard manat dəyərində dövlət qiymətli
kağızlarının 68%-nin və ya 5,4 milyard manatının qısamüddətli (1–3 illik) istiqrazlardan ibarət olması
ortamüddətli dövrdə dövlət büdcəsi və Təminat Fondunun vəsaitləri hesabına xidmət göstərilməsi
mümkün olmayan öhdəliklərin yenidən maliyyələşdirilməsini şərtləndirir.

"Bu isə daxili maliyyə bazarlarında dövlət qiymətli kağızlarına investisiya üçün tələb olunan yetərli likvidliyin təmin olunmaması istiqamətində risklərin mövcudluğunu göstərir. Qeyd edək ki, cari ildə qısamüddətli
borcların uzunmüddətl borclarla əvəzlənməsi tendensiyası müşahidə olunur ki, bu da müvafiq riskin
yumşaldılmasına xidmət edir", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti