Bakı. Trend:
Ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənən yanacağın daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına çəkilən əlavə xərclərin ödənilməsi üçün 10 000 000 manat məbləğində vəsait nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı üçün 13 400 000 milyon manat məbləğində vəsait nəzərdə tutulur.
                            