...

Səkkiz ayda azad edilmiş ərazilərdə 55 layihə maliyyələşdirilməyib - RƏY

İqtisadiyyat Materials 4 Noyabr 2025 11:14 (UTC +04:00)
Səkkiz ayda azad edilmiş ərazilərdə 55 layihə maliyyələşdirilməyib - RƏY
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 8 ayında Qarabağ və Şərqi Zəngəzurda 55 layihənin maliyyələşməsi aparılmayıb.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

“Cari ilin ilk 8 ayında yüksək icra fonunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ildə 12 sifarişçi üzrə 55 layihənin maliyyələşməsinə nəzərdə tutulmuş 214,6 milyon manat vəsaitdən hesabat dövründə ümumiyyətlə maliyyələşmə aparılmaması əvvəlki illərdə olduğu kimi keçid layihələrin artması ilə yanaşı, ilin sonunda qalıq vəsaitin yaranacağını, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının uzadılmasını şərtləndirir”, - məlumatda vurğulanıb.

Sənədə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 82 milyon 83,8 min manat məbləğində 13, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin 59 milyon 775,5 min manat dəyərində 3, Mədəniyyət Nazirliyinin 27 milyon 413,4 min manat məbləğində 8, "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsin 12 milyon 398,1 min manat dəyərində 11, "Təmiz Şəhər" ASC-nin 9 milyon manat dəyərində 1, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 milyon 419,4 min manat məbləğində 7, Elm və Təhsil Nazirliyi 6 milyon 975,9 min manat dəyərində 2, Qazax Rayon İcra Hakimiyyətinin 5 milyon manat məbləğində 1, 1 məxfi qurumun 3 milyon manat dəyərində 3, Kənd Təsərrüfatı Nazirliyi 850 min manat dəyərində 4, "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsin 457,9 min manat məbləğində 1, "Azərenerji" ASC-nin 218,6 min manat məbləğində 1 layihəsinin maliyyələşməsi aparılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti