Bakı. Trend:
İnfrastruktur layihələrinə 2026-cı ildə 1 438 200 000, 2027-ci ildə 1 911 700 000, 2028-ci ildə 1 979 300 000, 2029-cu ildə isə 1 981 800 000 manat investisiya ayrılacaq.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan 2026-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının istiqamətlər üzrə layihəsində öz əksini tapıb.
Sənəddə 2026-2029-cu illərdə sosial yönümlü layihələr, müdafiə və hüquq-mühafizə orqanları və digər layihələrlə bağlı investisiyalar, həmçinin xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlərin məbləği də proqnozlaşdırılıb.

                            