Bakı. Trend:
Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına qəbuluna dair danışıqlara başlanması barədə təkrar tövsiyə irəli sürüb və bu prosesin ilin sonunadək başlanacağına ümid edir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentində çıxışı zamanı genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos danışıb.
“Avropa Komissiyası hesab edir ki, Ukraynanın Aİ-yə qəbuluna dair danışıqlar 2025-ci ilin sonunadək başlamalıdır”,- deyə avrokomissar qeyd edib.
O, Kiyevin bunun üçün “bütün meyarlara əməl etdiyini” vurğulayıb.
Oxşar tövsiyə Avropa Komissiyası tərəfindən 2024-cü ildə də irəli sürülmüşdü, lakin Ukraynada macar azlığının sıxışdırılması səbəbindən Macarıstanın Aİ Şurasında etirazı nəticəsində danışıqların praktiki şəkildə başlaması bloklanmışdı.
