...

Gələn il dövlət sifarişli yerlərin və təqaüd alanların sayı artacaq

Cəmiyyət Materials 4 Noyabr 2025 11:19 (UTC +04:00)
Gələn il dövlət sifarişli yerlərin və təqaüd alanların sayı artacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının 5210 nəfər artaraq 150102 nəfər, təqaüd alanların sayının isə 7520 nəfər artaraq 121280 nəfər olacağı gözlənilir.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, artımlar nəzərə alınmaqla növbəti ilin dövlət büdcəsinin layihəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 616,0 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2025-ci illə müqayisədə 47,8 milyon manat və ya 8,4 faiz çoxdur.

Həmin vəsaitin 412,0 milyon manatını təhsil xərcləri, 177,0 milyon manatını təqaüd xərcləri, 27,0 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcəkdir. Cari ilə nisbətən növbəti ildə artım məbləğinin 21,1 milyon manatı təhsilalanların sayının artımı, 6,7 milyon manatı təqaüd alanların sayının artımı, 20,0 milyon manatı isə təhsil sahəsində yeni məqsədli dövlət təhsil tədbirlərinin maliyyələşdirilməsi ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti