...

DÇ-2027-nin seçmə mərhələsinin püşkü atılıb

İdman Materials 4 Noyabr 2025 18:04 (UTC +04:00)
DÇ-2027-nin seçmə mərhələsinin püşkü atılıb

Bakı. Trend:

Qadın futbolçulardan ibarət milli komandalar arasında DÇ-2027-nin seçmə mərhələsinin püşkü atılıb.

Trend xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə C liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Püşk zamanı ikinci səbətdə yer alan millimiz 3-cü qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.

DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti