...

Goranboyda 16 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb

Cəmiyyət Materials 4 Noyabr 2025 19:25 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

Xəbər lenti

Xəbər lenti