...

“Telegram”da yeni funksiya - onlayn qazanc mümkün olacaq

Dünya xəbərləri Materials 4 Noyabr 2025 16:15 (UTC +04:00)
“Telegram”da yeni funksiya - onlayn qazanc mümkün olacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur “Telegram” messencerinin beta versiyasında yeni funksiyanın – hədiyyələrin alışı və satışı üçün nəzərdə tutulan hərrac sisteminin tətbiqinə başlanılır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İlkin məlumata görə, istifadəçilərin bir-birinə göndərə biləcəyi hədiyyələr artıq ticarət formatında təqdim olunacaq. Bildirilir ki, onlar hər biri 50 ədədlik lot şəklində satışa çıxarılacaq. İştirakçılar bu lotlara platformanın daxili valyutası olan “ulduzlar” (Stars) vasitəsilə hərrac təklifləri irəli sürə biləcəklər.

Ticarət mexanizminə əsasən, ən yüksək təklif irəli sürən ilk 50 istifadəçi müvafiq hədiyyə partiyasını əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti