...

Gələn il üçün səhiyyə xərclərinə nə qədər vəsait ayrılacaq?

Cəmiyyət Materials 4 Noyabr 2025 11:27 (UTC +04:00)
Gələn il üçün səhiyyə xərclərinə nə qədər vəsait ayrılacaq?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il üçün səhiyyə xərcləri 2024,3 milyon manat olmaqla 2025-ci illə müqayisədə 30,7 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 195,5 milyon manat və ya 10,7 faiz çoxdur.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,9 faiz (2025-ci illə müqayisədə 0,1 faiz-bəndi çox) təşkil edəcəkdir.

2022-ci illə müqayisədə 2026-cı ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,5 fazi-bəndi, mütləq ifadədə isə 606,4 milyon manat və ya 42,8 faiz artıb.

Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 900,0 milyon manatı və ya 44,6 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərə yönəldiləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti