Bakı. Trend:
2026-cı ildə yerli xərclərin 218 600 000 manatı və ya 28,8 %-i icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə yönəldiləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2026-cı ildə Xocavənd rayonu istisna olmaqla qalan 66 şəhər və rayon xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcək.
Növbəti ildə yerli (yerli özünüidarəetmə orqanları-bələdiyyə) büdcələrə 13 500 000 manat (2025-ci il səviyyəsində), o cümlədən onların gəlir və xərclərini tənzimləmək məqsədilə 7 500 000 manat dotasiya, məqsədli xərclər üçün 1 600 000 manat subvensiya və su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün 4 400 000 manat subsidiya nəzərdə tutulur.
                            