...

Fransada ilk dəfə olaraq iri korporasiya terrorun maliyyələşdirilməsi ilə bağlı mühakimə olunacaq

Dünya xəbərləri Materials 4 Noyabr 2025 16:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada “Lafarge” beynəlxalq transmilli korporasiyasına qarşı məhkəmə prosesi keçiriləcək.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Şirkət İŞİD daxil olmaqla, bir sıra silahlı qruplaşmaları maliyyələşdirməkdə şübhəli bilinir. “Lafarge” qrupu və onun səkkiz keçmiş rəhbəri sement zavodunun fəaliyyətini qoruyub-saxlamaq məqsədilə 2014-cü ilə qədər Suriyada ekstrimist qruplaşmalara, o cümlədən İŞİD-ə ödənişlər etməkdə ittiham olunur.

Məlumata əsasən, əksər xarici şirkətlər 2012-ci ildə Suriyanı tərk etdiyi halda, Lafarge yalnız xarici əməkdaşlarını ölkədən çıxarıb, suriyalı işçiləri isə yerində saxlayaraq fəaliyyətini 2014-cü ilin sentyabrına qədər davam etdirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti