...

Ceyhun Bayramov Əlcəzair Xalq Milli Məclisinin sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 4 Noyabr 2025 20:50 (UTC +04:00)
Ceyhun Bayramov Əlcəzair Xalq Milli Məclisinin sədri ilə görüşüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin Xalq Milli Məclisinin sədri İbrahim Buğali ilə görüşüb.

Trend xəbər verir ki, Ceyhun Bayramov bu barədə öz "X" hesabında paylaşım edib.

Görüş zamanı Azərbaycan və Əlcəzair arasında parlamentlərarası və parlament əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.

Hər iki tərəf təcrübə mübadiləsinin, həmçinin siyasi, iqtisadi və humanitar sahələrdə birgə təşəbbüslərin təşviqinin əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti