Bakı. Trend:
Strategiya sənədində ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşmə mexanizminə keçidini təmin edəcək pilot proqramların tədbiri üzrə dövrün sonuna 100 məktəbdə pilot layihənin həyata keçirilməsi ilə bağlı 2026-cı il üçün 85,0 milyon manat vəsait nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Əlavə olaraq bildirilib ki, məktəblərdə təhlükəsiz mühiti yaratmaq, şagird davranış qaydalarına nəzarət etmək, baş verəcək fövqəladə hallarda uşaqlara ilkin tibbi və psixoloji yardım göstərmək və "“Məktəblinin dostu”" layihəsinin 2025-ci ildən etibarən əhatə dairəsinin mərhələlərlə 1000 məktəbə çatdırılması və ölkə üzrə təhsilalanların 70 faizini əhatə etmək üçün növbəti ildə bu məqsədlə 8,2 milyon manat vəsait ayrılacaqdır.