...

DİM-in tələbə qəbulu ilə bağlı imtahan xərclərinə nə qədər vəsait ayrılacaq?

Cəmiyyət Materials 4 Noyabr 2025 11:23 (UTC +04:00)
DİM-in tələbə qəbulu ilə bağlı imtahan xərclərinə nə qədər vəsait ayrılacaq?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsil müəssisələrinə və ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi ilə bağlı xərclər üçün 21,3 milyon manat ayrılması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, bu 2025-ci illə müqayisədə 2,0 milyon manat, (10,2 faiz) çox vəsait deməkdir.

Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti