Bakı. Trend:
Gələn il dövlət büdcəsindən Milli Məclisə 52,07 milyon manat vəsait ayrılacaq.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bu, 2025-ci illə müqayisədə 546 min manat və ya 1,1 faiz artım deməkdir. 2025-ci ildə dövlət büdcəsindən Milli Məclisə 51,53 milyon manat ayrılıb.
Xərclərin əsas hissəsi əməyin ödənişinə yönəldiləcək. Belə ki, 2026-cı ildə Milli Məclis üzrə əməyin ödənişi xərcləri 39,51 milyon manat, o cümlədən əməkhaqqı xərcləri 31,75 milyon manat təşkil edəcək.
Məlumat üçün bildirək ki, 2024-cü ildə parlamentin saxlanılması xərcləri 49,22 milyon manat olub.
                            